65 il evli olan cütlük eyni gündə koronavirusdan öldü

65-il-evli-olan-cutluk-eyni-gunde-koronavirusdan-oldu
Oxunma sayı: 2974

ABŞ-ın Çikaqo şəhərində 65 il evli olan cütlük koronavirusa yoluxma nəticəsində dünyasını dəyişib.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə onların nəvəsi öz tvitter mikrobloqunda məlumat yayıb.

Stiven Neşin sözlərinə görə, nənə-babası eyni gün bir neçə saat fərqi ilə vəfat edib.

Qeyd olunur ki, cütlüyün 6 övladı və 18 nəvəsi var.

Xatırladaq ki, ABŞ COVİD-19-a yoluxan ölkələr sırasında ilk yerdədir. Birləşmiş Ştatlarda 142, 637 nəfər virusa yoluxub, onlardan 2485-i ölüb.