65 nəfərə reabilitasiya vasitələri verildi

65-nefere-reabilitasiya-vasiteleri-verildi
Oxunma sayı: 925

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi bölgələrdə səyyar formada protez-ortopedik xidmətlərini davam etdirir.

"Qafqazinfo"ya daxil olan məlumata görə, mərkəz tərəfindən Qobustan, Şamaxı İsmayıllı, Qəbələ, Oğuz rayonlarında yaşayan 65 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri həmin rayonlara aparılaraq təqdim edilib.

Onlar ehtiyaclarına uyğun olaraq 6 əlil arabası, 72 cüt protez və ortopedik ayaqqabı, 6 ədəd aşağı ətraf və yuxarı ətraf tutoru-ortezi, habelə aparat–ortezi ilə təmin olunublar. Həmçinin qeyd edilən şəxslərə 49 ədəd əsa, 41 cüt dirsəkaltı və qoltuqaltı ağac, 1 ədəd bandaj, 61 ədəd güdül üçün corab və dizlik, yara əleyhinə 6 ədəd döşəkcə, 20 ədəd dartıcı elastik boru, 72 ədəd rezin ucluq verilib.

Ümumilikdə 68 şəxsin 334 reabilitasiya vasitəsi ilə təminatı həyata keçirilib.