65 vəzifə üçün müsahibə olacaq

65-vezife-ucun-musahibe-olacaq
Oxunma sayı: 1083

27 noyabr 2018-ci il tarixdə elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib. Elan üzrə 8 dövlət orqanında mövcud olan 65 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) “Qafqazinfo”ya verilən məlumata görə, 174 namizəd müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçib. 

Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin Əmək bazarının təhlili sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 12 namizəd), Nazirliyin Daxili nəzarət və audit şöbəsinin Təftiş, monitorinq və təhlil sektorunda baş məsləhətçi (1 vakant yer üzrə 12 namizəd), Dövlət Turizm Agentliyinin Hüquq və insan resursları şöbəsi, şöbə müdirinin müavini (1 vakant yer üzrə 8 namizəd) vəzifələri olub.

Müsahibələrin 2019-cu il 18-31 yanvar tarixlərində keçirilməsi planlaşdırılır. 

Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.