65 yaş qadağası bu şəxslərə aid deyil

65-yas-qadagasi-bu-sexslere-aid-deyil
Oxunma sayı: 10717

Səhiyyə Nazirinin müavini Viktor Qasımov sabahdan tətbiq ediləcək karantin rejiminin tibb işçilərinə şamil edilməyəcəyini bildirib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, V. Qasımov deyib ki, 65 yaşdan yuxarı səhiyyə işçiləri gündəlik işlərinə davam edəcəklər. Bu qərar daha çox tənha yaşayan 65 yaşdan yuxarı şəxsləri nəzərdə tutur

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib ki, 65 yaşdan yuxarı tibb işçilərinin işləməsi o demək deyil ki, onlar təhlükə altında atılacaq: “Həmin şəxslər xüsus risk qrupuna daxildirlər. Praktika var ki, xüsusi vəziyyətlərdə hətta təqaüddə olan tibb personalı da işə çağırıla bilər. Amma həmin şəxslər daha çox digər işlərə cəlb olunacaq. Xüsusi ehtiyac olmadığı təqdirdə 65 yaşdan yuxarı tibb işçiləri koronavirusa yoluxmuş şəxslə ünsiyyətdə olmayacaq”.

Murad Əhməd