65 yaşında dördəm dünyaya gətirəcək- - Fotolar

65-yasinda-dordem-dunyaya-getirecek-
Oxunma sayı: 2943


“Qafqazinfo” milliyet-ə istinadən xəbər verir ki, Almaniyanın Berlin şəhərində yaşayan, 13 uşağı və 7 nəvəsi olan ibtidai məktəb müəlliməsi Annegret R. ana olmağa hazırlaşır. 

Annegret bir neçə dəfə ölkə xaricində süni mayalanma yolu ilə hamilə qalıb. 13-cü uşağını 2005-ci ildə dünyaya gətirən qadının sağlamlığında heç bir problemin olmadığı qeyd edilir. 

Doğuşdan sonra uşaqların sayı 17-yə çatacaq, dünyanın ən yaşlı dördəm dünyaya gətirən qadını olaraq tarixə düşəcək.  Hal-hazırda ən kiçik övladının 9, ilk uşağının 44 yaşında olduğu bildirilir.