Bakı şəhər sakini Salyanda iş yerində dünyasını dəyişib.
“Qafqazinfo”nun Virtualaz.org-a istinadən məlumatına görə, 65 yaşlı Bakı şəhəri, Nərimanov rayon sakini Zeynalov Loğman Səfər oğlu Salyan rayonu Babazanlı qəsəbəsindəki iş yerində dünyasını dəyişib.
Hadisə yerinə çağırılmış Təcili Yardım Stansiyasının əməkdaşları onun ürək tutmasından vəfat etdiyini təsdiqləyiblər.
Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Son xəbərlər
Son Xəbərlər