65 yaşlı kişinin meyiti tapıldı

65-yasli-kisinin-meyiti-tapildi
Oxunma sayı: 1702

Bakı şəhərinin Nizami rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Həşimov Yusif Altəhmasib oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.