“65 yaşında pensiyaya çıxan müəllimlərimizin dərslərini qeyri-ixtisas sahibləri deyir. İndi sual olunur ki, 65 yaşlı pedaqoq ixtisası daha yaxşı tədris edə bilər, yoxsa qeyri-ixtisas sahibləri?! Hesab edirəm ki, dərslərin qeyri-ixtisas sahiblərinə verilməsi təhsilimizə ziyan vurur”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Musa Qasımlı Milli Məclisin Elm və təhsil komitəsinin iclasında bildirib.
M.Qasımlı qeyd edib ki, praktika iş təcrübəsi demək deyil: “4 illik universitet təhsilinin içində praktika da olur. Müəssisə o qədər tələbəyə necə təcrübə verə bilər?
Daha yaxşı olardı ki, praktikaya tələbə göndərən universitetlər müəssisəyə ödənişlər etsin. Universitetlər akademiyaya (AMEA – red.) praktikaya gələn tələbələrə görə ödəniş etmirlər”.
Zaur Mirzə
Son xəbərlər
Son Xəbərlər