65 yaşlı qadını maşın vurub öldürdü

65-yasli-qadini-masin-vurub-oldurdu
Oxunma sayı: 1266

Tovuzda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Belə ki, saat 19:00 radələrində “Naz Lifan” markalı minik avtomobili piyada, 1957-ci il təvəllüdlü Zərdəstə Məmmədovanı vurub.

Qadın hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd