"Qafqazinfo"nun verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması haqda məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər mənzilə baxış keçirərkən 1950-ci il təvəllüdlü Qarabağlı Nüşabə Yəhya qızının vəfat etdiyi müəyyən olunub.N.Qarabağlının cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 15:11-də başa çatıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər