66 yaşlı kişi dəm qazından öldü

66-yasli-kisi-dem-qazindan-oldu
Oxunma sayı: 978

Tovuzda 66 yaşlı kişi dəm qazından boğularaq ölüb. 

"Qafqazinfo"nun xəbərinə görə, hadisə rayonun Dondar Quşçu kəndində baş verib. Kənd sakini, 1954-cü il təvəllüdlü Oqtay Hüseynov yaşadığı evdə dəm qazından boğularaq ölüb. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli