66 yaşlı kişi özünü ağacdan asdı

66-yasli-kisi-ozunu-agacdan-asdi
Oxunma sayı: 1283

Ağdam rayonunda intihar hadisəsi baş verib. "Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində məcbir köçkünlər üçün olan yaşayış massivində baş verib.

Rayonun Boyəhmədli kənd sakini, 1952-ci il təvəllüdlü Cəbiyev Hikmət Araz oğlu həmin qəsəbədəki 472 saylı evin həyətində özünü ağacdan asıb. Yaxınları onun meyitini asılmış vəziyyətdə aşkar ediblər.

Faktla bağlı Ağdam rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.