66 yaşlı kişi özünü öldürdü

66-yasli-kisi-ozunu-oldurdu
Oxunma sayı: 1361

Abşeron rayonunda intihar hadisəsi baş verib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə avqustun 2-də baş verib. 1953-cü il təvəllüdlü Nazim Səmədov yaşadığı evdə sirkə içib və nəticədə ölüb. 

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb və istintaq hərəkətləri davam etdirilir. 

Murad Əhməd