66 yaşlı kral tacqoymaya hazırlaşır

66-yasli-kral-tacqoymaya-hazirlasir
Oxunma sayı: 1451

Tailand 66 yaşlı kral Maha Vaçiralonqkornun tacqoyma mərasiminin hazırlıqlarına başlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, mərasim may ayına planlaşdırılsa da, artıq bütün ölkə təmizlənmə ritualı üçün “müqəddəs su” tədarükü görür.

Krala tacqoyma mərasiminin Bankokda mayın 4-dən 6-sına qədər davam edəcəyi, eyni zamanda bununla əlaqədar olaraq 1 ay müxtəlif ritualların həyata keçiriləcəyi bildirilir.

Xatırladaq ki, Maha Vaciralonqkorn 2016-ci ildə kral Bhumibol Adulyadejin ölümündən sonra taxta gətirilib.

Aysel Kərimova