662 bal toplayan imkansız qızın problemi həll olundu

662-bal-toplayan-imkansiz-qizin-problemi-hell-olundu
Oxunma sayı: 1080

Bir müddət əvvəl 662 bal toplayıb maddi çətinliklərə görə təhsil ala bilməyəcəyi söylənilən Zərdab rayonunun Yarməmmədbağı kənd sakini Aytən Şirinova sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. 

“Qafqazinfo”ya daxil olan məlumata görə, sözügedən xəbərlər yayıldıqdan sonra Aytənin həmyerlisi, iş adamı Vəfa Muradzadə ailə ilə maraqlanıb və tələbənin bütün xərclərini öhdəsinə götürüb. Vəfa Muradzadə bildirib ki, Aytən Şirinovanın ailəsinin imkansızlığı səbəbindən təhsil ala bilməyəcəyi xəbərini eşidəndə çox narahat olub: "Xəbəri eşidən gün Aytənin ailəsi ilə əlaqə saxladım, vəziyyətləri ilə maraqlandım. Valideynlərinə onun təhsil ala bilməsi üçün lazım olan hər şeyi öz öhdəmə götürə biləcəyimi bildirdim. Dəfələrlə zəng vurub maraqlandığımı, fikrimin qəti olduğunu görən ailəsi dediklərimlə razılaşdı. İstəyirəm hər kəs Aytənin probleminin həll olunduğunu bilsin”. 

Qeyd edək ki, Vəfa Muradzadə "Vəfa collection" sərgi-satış mərkəzinin rəhbəridir.