66825 abituriyent öz ərizəsini təsdiq edib

66825-abituriyent-oz-erizesini-tesdiq-edib
Oxunma sayı: 696

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir

"Qafqazinfo"ya daxil olan məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2019-cu il martın 15-dən başlayıb və aprelin 15-dək internet vasitəsilə aparılır.

8 aprel saat 09.15-ə olan məlumata əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumilikdə 66825 abituriyent öz ərizəsini təsdiq edib.