67 ildir çimməyən kişi həkimləri təəccübləndirdi

67-ildir-cimmeyen-kisi-hekimleri-teeccublendirdi
Oxunma sayı: 8512

67 il əvvəl çimməyin uğursuzluq gətirəcəyinə inanması səbəbindən suya toxunmayan 87 yaşlı iranlı Amou Jaji müayinədən keçdikdən sonra həkimləri təəccübləndirib.

“Qafqazinfo” xarici mediaya isitnadən xəbər verir ki, Jajinin sağlam və güclü immunitetə sahib olduğu üzə çıxıb. O, indiyədək heyvan ölüləri yeyərək və yol kənarlarındakı gölməçələrdən su içərək sağ qalıb. Həkimlər 87 yaşlı kişinin güclü immunitetə sahib olmasını bədənindəki parazitlərlə əlaqələndiriblər. 

Kəndlilərin onun üçün düzəltdiyi daxmada yaşayan Jaji yoldan keçənlərin onu dəli zənn edərək daş atmalarından narahatlığını bildirib.