67 yaşlı kişi faciəli şəkildə öldü

67-yasli-kisi-facieli-sekilde-oldu
Oxunma sayı: 1039


“Qafqazinfo”nun xəbərinə görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər 9 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə  xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından daxil olublar. Mənzilə baxış keçirilərkən Arif Ağaəli oğlu Dadaşov hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində A.Dadaşovun vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 17:41-də başa çatıb.