67 yaşlı Pyotr hamınızı təəccübləndirəcək...- - Fotolar

67-yasli-pyotr-haminizi-teeccublendirecek-
Oxunma sayı: 2054


 “Plastmas, dəmir, taxtadan müxtəlif fiqurlar, logolar hazırlayıram. Hazırda “Nar nağılı” əl işlərinin satış-sərgisi üçün “Bakı 2015”  Birinci Avropa Oyunlarının rəmzi olan Nar fiqurları hazırlayıram. Sərgi mayın 29-30-u İSR Plazanın Xəzər konfrans zalında keçiriləcək. Mən də əl işlərimi orada satışa çıxardacam. Oyunlar ilk dəfə bizim ölkədə keçirilir. Mən 43 il idman müəllimi olmuşam. Bizim vaxtımızda belə oyunlar yox idi. Bir idmançı kimi mən də oyunlara öz töhfəmi vermək istəyirəm”.

Pyotr Kuznetsov əl işlərindən gəlir əldə edə bilmədiyi üçün onları tanışlara hədiyyə verdiyini qeyd edib:

“Hazırladıqlarımı  dost-tanışa hədiyyə verirəm. Bu fiqurları satsam, 1-2 manata alarlar, o da əməyimin qarşılığı deyil. İndi texnologiya inkişaf edib. Mənim hazırladıqlarım asan yolla hazırlanır və ucuz qiymətə satılır. Heç kim  ucuz malı qoyub, məndən baha qiymətə hazırladıqlarımı almaz. Bunlar əl işidir, çətin hazırlanır. Bunların hər biri 5-6 saat müddətində ərsəyə gəlir. Əvvəlcə qəlibini hazırlayıram, sonra mişarla kəsirəm, forma verirəm, rəngləyirəm. Bu işi məktəbdə oxuyarkən əmək dərsində emalatxanada öyrəmişəm. Həvəsim olduğu üçün bacarığımı inkişaf etdirmişəm, tələbələrim olub. Hazırda 210 tələbəm bu sənəti davam etdirir. İndi də bu sənəti öyrənmək üçün uşaqlar gəlir”.

Könül