67 yaşlı qadın marşrutdan yıxılıb - Vəziyyəti ağırdır

67-yasli-qadin-marsrutdan-yixilib
Oxunma sayı: 712

Gəncədə qadın 33 nömrəli xətt üzrə fəaliyyət göstərən sərnişin daşıyan mikroavtobusdan yıxılaraq xəsarət alıb. "Qafqazinfo" ARB Kəpəz-ə istinadən xəbər verir ki, hadisə ötən gün gün axşam saatlarında baş verib.

Şəhər sakini 67 yaşlı Giləxanım Həsənova bədənin müxtəlif nahiyələrinin xəsarəti diaqnozu ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.