6,8 ballıq zəlzələ sonrası yanğın - Video

68-balliq-zelzele-sonrasi-yangin
Oxunma sayı: 3230

Türkiyənin Elazığ şəhərində baş vermiş 6,8 ballıq zəlzələdən sonra yanğın olub.

“Qafqazinfo”nun “Hürriyet”ə istinadən məlumatına görə, hadisə İstasyon küçəsindəki binada qeydə alınıb. Yanğına səbəb qaz sızması olub.

Hadisə yerinə aidiyyatı qurumlar cəlb olunub. 

Qeyd edək ki, bir neçə saat əvvəl Elazığda baş vermiş zəlzələdə 14 nəfər ölüb, 200-dən çox insan yaralanıb.