Məşhur rok qrupu “The Rolling Stones”un gitaristi Ronnie Wood 68 yaşında ata olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, gitaristin 38 yaşlı həyat yoldaşı Sally Humphreys əkiz qızlar dünyaya gətirib.
Woodun əvvəlki evliliklərindən 4 övladı var.
“The Rolling Stones” ulduzunun ilk həyat yoldaşından Jesse adında bir oğlu, ikinci evliliyindən isə Leah adlı bir qızı və Tyrone adlı bir oğlu dünyaya gəlib.
Wood Jamie adlı uşağı da övladlığa götürüb.
Xatırladaq ki, gitarist və Humphreys 2012-ci ildə evlənib.



Son xəbərlər
Son Xəbərlər