68 yaşında dördüncü dəfə ata oldu

68-yasinda-dorduncu-defe-ata-oldu
Oxunma sayı: 5237

İsraildə “Maşina vremeni” qrupunun 68 yaşlı lideri Andrey Makareviç və onun həyat yoldaşı, israilli jurnalist və fotoqraf Eynat Klyaynın oğlu dünyaya gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qrupun feysbuk səhifəsində məlumat verilib.

Uşağa Eytan adı verilib. O, martın 30-da səhər 07:50 radələrində Təl-Əvivdə doğulub.

Qeyd edək ki, bu, A. Makareviçin sayca dördüncü övladıdır. Onun daha əvvəlki münasibətlərindən iki qızı və bir oğlu var. Musiqiçinin böyük qızının 47 yaşı var.