6810 oldu

6810-oldu
Oxunma sayı: 710

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə 6810 uşağın elektron müraciəti mektebeqebul.edu.az saytında qeydə alınıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, onlardan 2197 nəfəri müsabiqəyə cəlb olunacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olan dövlət məktəbəhazırlıq qrupunda təhsil almayan uşaqların I sinfə qəbulu üzrə müsabiqəyə elektron qeydiyyat başlanıb. Azərbaycan Respublikası təhsil nazirinin "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"nın təsdiqi barədə əmrinin tələblərinə müvafiq olaraq istedadlı uşaqların müsabiqədə iştirakı üçün qeydiyyat mektebeqebul.edu.az saytında aparılır. İyunun 7-də başlanmış proses iyunun 20-dək davam edəcək.

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsabiqə iyunun 20-dən etibarən Bakı şəhəri 42 nömrəli tam orta məktəbdə keçiriləcək.