69 yaşlı kişi itkin düşdü

69-yasli-kisi-itkin-dusdu
Oxunma sayı: 744

Daşkəsəndə yaşlı kişi itkin düşüb.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bu barədə polisə Daşkəsən rayonu, Qabaqtəpə kənd sakini Bağırova Durna Ədil qızı müraciət edib.

Müraciətdə bildirib ki, onun qeyri-rəsmi nikahda yaşadığı 1950-ci il təvəllüdlü, Şəmkir rayonunun Qaracəmirli kənd sakini, Daşkəsən rayonunun Qabaqtəpə kəndində yaşayan Məmmədov Səməd Alışan oğlu itkin düşüb.

Faktla bağlı araşdırma aparılır.