7 gün əvvəl azadlığa çıxan jurnalist haqda həbs qərarı verildi

7 gün əvvəl azadlığa çıxan jurnalist haqda həbs qərarı verildi
Oxunma sayı: 1867

FETÖ/PYD  silahlı terror təşkilatının media nümayəndəsi kimi “Konstitusion quruluşu devirməyə çalışmaq” ittihamı ilə 10 il 6 ay ömürlük həbsə məhkum edilən, 7 gün əvvəl isə azadlığa buraxılan jurnalist Ahmet Altan haqqında yenidən həbs qərarı çıxarılıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul 27-ci Ağır Cəza Məhkəməsi jurnalistin sərbəst buraxılmasına etirazı qəbul edib və Altanın həbsinə göstəriş verib.

Ahmet Altanın azadlığa çıxmasına etiraz ərizəsi İstanbul Cümhuriyyət Prokurorluğu tərəfindən verilib.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi