“7. koğuştakı mucize”nin ulduzu Bakıya gəlir

7-kogustaki-mucizenin-ulduzu-bakiya-gelir
Oxunma sayı: 1907

Türkiyənin bir neçə məşhur siması Azərbaycana gəlir.  Nizami Kino Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, onların gəlmə səbəbi Bakıda keçirilən beşinci Türk Filmləri Həftəsi ilə bağlıdır.

Noyabrın 25-də start götürəcək festival çərçivəsində Hande Katipoglu, Naz Çağla Irmak və başqaları paytaxta təşrif buyuracaqlar.

Bundan əlavə, bir müddət bundan əvvəl premyerası keçirilən və “Oscar”a iddialı olan “7. koğuştakı mucize” filminin Ovası, aktrisa Nisa Sofiya Aksungur da festivalda iştirak edəcək.