7 Lisenziyamız var

7-lisenziyamiz-var
Oxunma sayı: 746

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan millisi başa çatan dünya çempionatını lisenziya sayında dördüncü yerdə bitirib. Belə ki, bu DÇ-də qarşıdan gələn London olimpiadasına 108 lisenziya oynanılırdı. Azərbaycan yığmasının üzvləri bunlardan yeddisinə sahib çıxıblar.

Xatırladaq ki, idmançılarımızdan Rövşən Bayramov (55 kq) və Şərif Şərifov (84 kq) həm qızıl medal, həm də London olimpiadasına lisenziya qazanıb. 84 kq-da yarışan Saman Təhmasibi London olimpiadasına lisenziya əldə edib. 48 kq-da yarışan Mariya Stadnik həm lisenziya, həm də gümüş medal qazanıb. Patimat Baqomedova ilə (51 kq) Sona Əhmədli (59 kq) isə bürünc medalla kifayətlənib (bu çəki dərəcələri Olimpiya Oyunlarına daxil deyil). Çempionatın son günündə isə, Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) həm lisenziya, həm də bürünc medal qazanıblar. Ümumilikdə yığmamız, 2 qızıl, 1 gümüş və 5 medal və 7 lisenziya əldə edib.

Bu göstəricisinə görə, yığmamız sadəcə Rusiya (12), Qazaxıstan və ABŞ-dan (hər ikisi 9) geri qalıb. İran isə yığmamız kimi məhz 7 lisenziyaya sahib çıxıb. Bütövlükdə isə, 108 lisenziya 32 ölkə arasında bölüşülüb.