Bu yaxınlarda ailə quran Britaniya şahzadəsi Harri ilə Meqan Markl toylarında onlara göndərilmiş hədiyyələri geri qaytaracaqlar.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, hədiyyələrin dəyəri isə 7 milyon funt sterlinqdir. Qaydalara əsasən, kral ailə üzvlərinə ciddi şərtlər daxilində hədiyyə vermək olar. Toy zamanı isə bir çox şirkətlər özlərini reklam etmək məqsədilə cütlüyü hədiyyə yağışına tutub. Ancaq Kensinqton sarayının icra məmurları qaydaların gözlənilməsinə ciddi nəzarət edirlər və hədiyyələrin qaytarılmasına qərar verilib.
Xatırladaq ki, şahzadə Uilyamla hersoginya Keyt Middlton da yeni doğulan oğullarına göndərilmiş 30 milyon funt sterlinq dəyərində hədiyyələri geri qaytarmışdılar.
Son xəbərlər
Son Xəbərlər