7 nəfər boğulmaqdan xilas edilib

7-nefer-bogulmaqdan-xilas-edilib
Oxunma sayı: 969

Azərbaycanın müxtəlif ərazilərində yerləşən çimərlik və qeyri-çimərlik ərazilərdə boğulma hadisələri qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Corat, Zuğulba-3, Qızılqum və Mingəçevir sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib.