Taylandın paytaxtı Banqkokda bankların birində kimyəvi zəhərli maddələrin sızması baş verib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bədbəxt hadisə nəticəsində ölənlər və xəsarət alanlar var. Hadisə "Siam Commercial Bank"ın zirzəmisində kimyəvi yanğınsöndürmə sisteminin zədələnməsi nəticəsində baş verib. Yerli medianın yaydığı məlumata görə insident nəticəsində 7 nəfər dünyasını dəyişib, daha 7 nəfər isə yaralanıb.
"Siam Commercial Bank" hadisəni təsdiqləyib və səbəb kimi podratçı firmanın səhlənkarlığını göstərib.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər