7 nəvəsi olan 86 yaşlı İnstagram fenomeni- - Fotolar

7-nevesi-olan-86-yasli-instagram-fenomeni-
Oxunma sayı: 5667


“Qafqazinfo” lenta.ru-ya istinadən xəbər verir ki, o, monoton həyat tərzini dəyişdirmək üçün müxtəlif gənc imiclərə, dünya şöhrətli aktyor və müğənnilərin obrazına girərək həmin şəkilləri İnstagram sosial şəbəkəsində paylaşır. 

Baddi Uinklın 7 nəvəsi var. 30 il əvvəl həyat yoldaşını, 15 il əvvəl isə oğlunu itirib. Obrazlara girmək onun üçün əsas əyləncə vasitəsinə çevrilib. 

Şəbəkə istifadəçiləri onun bu addımını yüksək qiymətləndirir və yaşlı nəslə örnək kimi görürlər. 

86 yaşlı nənə Kurt Kobain, Merilin Monro, Brian Lichtenberg, Keyt Moss kimi məşhurların görünüşünü təkrarlayaraq fotolar çəkdirib. 

Uinklın İnstagram-dakı fotolarını azı 50 min istifadəçi bəyənir.