Şəmkirdə gündüz saatlarında 7 otaqlı ev əşyaları ilə yanıb.
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, rayonun Muxtariyyat kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 100 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 13:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər