7 və daha çox övladı olan məşhur atalar - Fotolar

7-ve-daha-cox-ovladi-olan-meshur-atalar
Oxunma sayı: 3608

Bu yaxınlarda tanınmış ukraynalı aparıcı, siyasi ekspert və yazıçı Dmitri Qordon yeddinci dəfə ata oldu. Bununla da o, adını çoxuşaqlı atalar siyahısında daha da möhkəmləndirdi...

“Qafqazinfo” onun nümunəsində 7 və daha çox övladı olan məşhur ataları sizə təqdim edir:  

Dmitri Qordon

Bu yaxınlarda Dmitri Qordon və onun həyat yoldaşı Alesya Batsman yenidən valideyn olublar. Bu dəfə onların sevgi ittifaqını dünyaya gələn qızları Liana möhkəmləndirib. Məşhurları, ilk olaraq, onların böyük övladları: üç yaşlı Alisa və yeddi yaşlı Santa təbrik ediblər.

51 yaşlı Qordon üçün yeni doğulmuş körpə yeddinci olub! Yelena Serbina ilə olan nikahından dünyaya gələn ilk dörd uşaq çoxdan böyüyüb: Rostislavın artıq 27, Dmitrinin 24, Yelizavetanın 20, Levin isə 18 yaşı var.

Stiven Spilberq

Ukraynalı aparıcı ilə müasir dövrün ən görkəmli rejissoru arasında ümumi nə ola bilər? Spilberq də yeddi gözəl övlad atasıdır! Kinematoqrafın birinci həyat yoldaşı Emi İrvinq Stivenə oğlu Maks Samüeli bağışlayıb.

İkinci dəfə Keyt Kepşou ilə evlənən rejissor onun iki övladını: birinci nikahından olan qızı Cessikanı və ögey oğlu Teonu qəyyumluğa götürüb. Daha sonra cütlüyün üç övladı dünyaya gəlib: Saşa, Soyer və Destri. Bundan sonra ər-arvad Mikaela adlı qızı övladlığa götürmək qərarına gəlib.

Mel Qibson

İstedadlı aktyor və rejissor da bizim çoxuşaqlı atalar siyahımızda yer alıb. Mel Qibsonun doqquz övladı var. Xatırladaq ki, aktyor keçmiş həyat yoldaşı Robi Murdan olan yeddi varisi, rusiyalı müğənni Oksana Qriqoryevnadan olan qızı Lüsiya və indiki sevgilisi Rozalind Rossdan olan oğlu Lars Jerardın tərbiyələri ilə məşğuldur.

Mik Caqqer

“Rolling Stones” qrupunun lideri Miq Caqqer siyahımızın daha bir rekordçusudur. Musiqiçinin səkkiz övladı var. Onlardan dördü keçmiş model həyat yoldaşı Cerri Holdan və daha dörd övladı isə digər qadınlardandır. Maraqlıdır ki, Mik Caqqerin balaca oğlunun cəmi 2 yaşı, böyük qızının isə 48 yaşı var.  

Eddi Mörfi

Eddi Mörfi də çoxuşaqlı atalardan biridir. Onun düz on uşağı var! Mörfinin atalıq bioqrafiyası yetərincə maraqlıdır. Aktyorun model Nikol Mitçellə nikahından beş qızı dünyaya gəlib: Bria (1989), Mayls Mitçell (1992), Şeyn Odra (1994), Zola İvi (1999) və Bella Zəhra (2002).

Onun, həmçinin, üç nikahdankənar övladı var. Onlardan biri “Spice Girls”un eks-solisti Melani Braundandır. Daha iki uşağı isə Eddiyə onun indiki sevgilisi – avstraliyalı model Peyc Batçer hədiyyə edib. Ola bilsin, gələcəkdə bu siyahı daha uzun olacaq, axı Mörfinin hələ 58 yaşı var!