7 yaşlı Azərbaycan çempionu - Foto

7-yasli-azerbaycan-cempionu
Oxunma sayı: 2714

Azərbaycanlı şahmatçı Mehriban Əhmədli rapid və blitz üzrə beynəlxaq yarışlarda mükafatlar qazanıb. “Qafqazinfo” xəbər verir ki, o, bir neçə medalla vətənə qayıdıb.

 Qeyd edək ki, Mehriban Əhmədli 2015-ci il fevralın 17-də Bakıda anadan olub.

Hazırda Mingəçevir şəhəri 3 saylı tam orta məktəbin rus bölməsinin 1-ci sinfində təhsil alır. 5 yaşından Mingəçevir şahmat məktəbinə gedir.

2021-ci ilin oktyabrında Ulu Öndər Heydər Əliyevin 99-cu ildönümü ilə bağlı Mingəçevir şəhərində 7 yaşlı qızlar arasında keçirilən yarışda 7 oyunun 7-sinidə qazanaraq birinci yerə layiq görülüb. 2021-ci ilin noyabr ay isə yarışın davamı olaraq Gəncə şəhərində keçirilən 7 yaşlı qızlar arasında 8 oyunun 8-ni də udub birinci yer tutub. 2021-ci ilin dekabr ayında həmin yarışın davamı olaraq Bakı şəhərində keçirilən 7 yaşlı qızlar arasında 8 oyundan 8-ni də qazanaraq Azərbaycan çempionu adını qazanıb.

7 yaşlı qızlar arasında keçiriləcək dünya çempionatına (Panama şəhərində) vəsiqə əldə edib. Yunanıstanın Rodos adasında 2022-ci ilin aprel ayında keçirilən Avropa çempionatı yarışında iştirak edib, klassik şahmat yarışı üzrə 7yasli qızlar arasında 4-cü yerə layiq görülüb.

Rapid va Blitz yarışlarında 8 yaslı qızlar arasında isə hər iki yarım 9 oyununun 7-sində qalib olaraq 2-ci yerləri qazanıb.