7 yaşlı Azranın çıxışı gündəm oldu - Video

7-yasli-azranin-cixisi-gundem-oldu
Oxunma sayı: 4494

Türkiyədə 48-ci “Altın Kelebek” mükafatlandırma mərasimində “İlin ən yaxşı uşaq aktyoru” mükafatına layiq görülən “Bir küçük gün işığı” serialındakı “Güneş” rolu ilə tanınan 7 yaşlı Azra Aksunun çıxışı gündəm olub.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, o, ana və atası başda olmaqla bütün komandasına təşəkkürünü bildirib və bir xahişini dilə gətirib:

Həmçinin oxuyun: Свадьба Гейдара Алиева состоялась в этом ресторане

“Xahiş edirəm, küçə heyvanlarına sahib çıxaq. Sevək, qoruyaq. Heç zərər verməyək. Mənim tək istəyim budur”.

Tamaşaçılar onu alqışlara qərq edib. Azra Aksunun çıxışı sosial şəbəkələrdə gündəm olub, müxtəlif səhifələrdə tirajlanıb. Sosial şəbəkə istifadəçiləri onun sözlərinə haqq qazandırıb.