7 yaşlı oğlanı maşın vurdu

7-yasli-oglani-masin-vurdu
Oxunma sayı: 1062

Ağstafada azyaşlını avtomobil vurub.

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə Ağstafa şəhərinin Nizami küçəsində baş verib. Yolu keçmək istəyən, 2012-ci il təvəllüdlü Vəliyev Həsən Vüqar oğlu hələ ki, markası və sürücüsü məlum olmayan maşın tərəfindən vurulub. 

Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.

Elmar Əli