7 yaşlı qız təyyarə qəzasından sağ çıxdı

7-yasli-qiz-teyyare-qezasindan-sag-cixdi
Oxunma sayı: 1755


“Qafqazinfo” AzadlıqRadiosuna istinadən xəbər verir ki, onun valideynləri, 9 yaşlı bacısı və 14 yaşlı əmisi oğlu həlak olub.

Kiçik təyyarənin qəzaya uğramasından sonra ayaqyalın qız çaşqın vəziyyətdə yaxınlıqdakı kəndə gedib və təyyarə qəzası barədə yerli sakinlərdən birinə məlumat verib. Onlar isə xilasetmə xidmətinə zəng ediblər.

Qəzanın səbəbi hələ ki, bəlli deyil. Qohumlarının istəyi ilə sağ qalan qızın adı açıqlanmır. O, xəstəxanaya yerləşdirilib.