7 yaşlı qıza qarşı zorakılıq edən kişi saxlanıldı

7-yasli-qiza-qarsi-zorakiliq-eden-kisi-saxlanildi
Oxunma sayı: 4205

Bakıda 30 yaşlı kişi 7 yaşlı qıza qarşı zorla seksual xarakterli hərəkətlər etməkdə ittiham olunur.

Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində azyaşlıya qarşı əxlaqsız hərəkət etməkdə şübhəli bilinən şəxs tutularaq cinayət məsuliyyətinə cəlb edilib: 

“1990-cı il təvəllüdlü F.H. barəsində Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə Xəzər RPİ İstintaq şöbəsində cinayət işi başlanılıb. Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir”.

Murad Əhməd