7 yaşlı qızın Rihannaya inanılmaz bənzərliyi - Foto

7-yasli-qizin-rihannaya-inanilmaz-benzerliyi
Oxunma sayı: 2355

Dünya şöhrətli müğənni Rihannanın 7 yaşlı bənzəri sosial şəbəkədə izlənilmə rekordu qırıb.

“Qafqazinfo” xəbər verir ki, 7 yaşlı qızının fotosunu İnstaqramda paylaşan ana Rihannanı şəklə işarələdikdən sonra hər kəsin diqqəti azyaşlıya yönəlib. Rihannaya inanılmaz bənzərliyi ilə diqqət çəkən qız müğənninin də marağına səbəb olub və o, uşağın şəklini 73 milyon izləyicisi olan İnstaqram səhifəsində paylaşıb.

Qısa müddətdə məşhurlar Rihannaya mesajlar yazmağa başlayıblar. Reper Snup Doq “Nə vaxt uşaq doğdun?” deyə zarafat da edib. Digər tanınmışlar da bu bənzərliyə olan təəccüblərini gizlədə bilməyiblər.