7 yaşlı uşağı ilan sancıb

7-yasli-usagi-ilan-sancib
Oxunma sayı: 785

Şəki rayonunda 7 yaşlı uşağı ilan sancıb.
 
"Qafqazinfo" cəbər verir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün günorta saatlarında rayonun Baş Göynük kənd sakini, 2010-cu il təvəllüdlü Ələsgər Elşən oğlu Babayev ilan sancması xəsarəti ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
 
Müayinə zamanı məlum olub ki, 7 yaşlı Ələsgər Babayev yaşadığı evin həyətyanı sahəsində oynayarkən ilan onun sol əlinin kiçik barmağını sancıb. Uşağa lazımı tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.