7 yaşlı uşağı maşın vurdu, öldü - Azərbaycanda

7-yasli-usagi-masin-vurdu-oldu
Oxunma sayı: 4691

Bu gün saat 17 radələrində Bakı-Quba-Rusiya sərhədi yolunun 122-ci km-də Şabran şəhəri ərazisində 7 yaşlı piyada uşaq yol qəzasının qurbanı olub.

“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, Bakıdan Quba istiqamətinə gedən, Xaçmazın Cax-Caxlı kənd sakini, 51 yaşlı Şamil İsmayılovun idarə etdiyi VAZ 21043 markalı avtomobillə yolu keçən Şabran şəhər sakini, 7 yaşlı Rüstəm Mirzəyev vurulub. Uşaq dərhal keçinib.

Hadisə yerini muayinə etmiş BDYPİ-nin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Elşən Mürsəliyev bildirib ki, uşaq hadisə vaxtı atası ilə birgə olub, qəfildən o qaçıb yola çıxıb.

Qəzanın baş vermə səbəbi araşdırılır.