7 yaşlı uşağın ayağı sürüşdü, boğuldu - Faciə

7-yasli-usagin-ayagi-surusdu-boguldu
Oxunma sayı: 2599

Gəncədə 7 yaşlı uşaq çaya düşərək boğulub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bu gün günorta saatlarında şəhərin Totanlı yaşayış massivində baş verib. Gəncə çayı üzərindən keçən dəmir körpüdə qardaşı ilə oynayan 2012-ci il təvəllüdlü Səfərli Hüseyn Nuru oğlunun qəfildən ayağı sürüşərək çaya düşüb. O, suda boğularaq ölüb.

Əraziyə cəlb ediliən xilasedicilər uşağın meyiti düşdüyü yerdən 300 metr aralıdan tapıb təhvil veriblər.

Elmar Əli