Ucarda 7 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
“Qafqazinfo” xəbər verir ki, rayonun Təzə Şilyan kənd sakini, 2014-cü il təvəllüdlü Ağazadə Eltun Mehdi oğlu həyətlərində mişar daşlarının üstündə oynayarkən yıxılıb.
Ağır kəllə-beyin travması alan E. Ağazadə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olduğundan azyaşlı Bakıda şəhərində yerləşən xəstəxanalardan birinə aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Tural Hüseynli
Son xəbərlər
Son Xəbərlər