7 yaşlı uşaq özünü 9-cu mərtəbədən atdı - Sağ qaldı

7-yasli-usaq-ozunu-9-cu-mertebeden-atdi
Oxunma sayı: 2656

Bakının Binəqədi rayonu ərazisində bədbəxt hadisə baş verib.

"Qafqazinfo" Musavat.com-a istinadən xəbər verir ki, hadisə 7-ci mikrorayon ərazisində qeydə alınıb. 7 yaşlı Həsən Amanullayev 9 mərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılıb. Ağaclara ilişərək yerə düşən uşaq sağ qalıb. O, xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat olunan 7 yaşlı uşağın həyatını həkimlər xilas edə biliblər.

İlkin məlumata görə, həyətdə oynayan Həsəni anası evə gətirib. Bundan əsəbiləşən uşaq özünü 9-cu mərtəbədən atıb. Faktla əlaqədar araşdırma aparılır.