“70-ə yaxın gəmi limanlarda qalıb” - Ukrayna

70-e-yaxin-gemi-limanlarda-qalib
Oxunma sayı: 1912

"Bu gün təxminən 70-ə yaxın gəmi limanlarda qalıb. Ekipajın vəziyyəti ən pis Mariupolda olub. Çünki digər limanlarda ekipaj qurudan təxliyə oluna bilər".

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ukraynanın infrastruktur nazirinin müavini Yuri Vaskov deyib.

Mariupol Ticarət Dəniz Limanı Dövlət Müəssisəsinin müdiri İqor Barski isə Mariupol Limanında hələ də blokadada olan 6 xarici bayraqlı gəmi olduğunu qeyd edib.

Barski onlardan bəzilərinin gəmiqayırma zavodu tərəfindən lazımi təmir işləri aparılmadan limanı tərk edə bilməyəcəyini və Mariupol gəmiqayırma zavodunun məhv edildiyini bildirib.