Bu ilin 27-28 fevral tarixlərində Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan bölgələrinin sosial-iqtisadi inkişafı, turizm potensialı, turizm-xidmət sahələrinin müasir vəziyyəti ilə yaxından tanış olmaq məqsədilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun rəhbərlərinin ölkəmizin Ağdam rayonuna və Naftalan şəhərinə səfərləri həyata keçirilir.
“Qafqazinfo” xəbər verir ki, səfərdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 70-ə yaxın nümayəndəsi iştirak edir.
Səfər çərçivəsində xarici diplomatların Ağdam rayonunda fəaliyyət göstərən muzey, müəssisə, mərkəzlər, o cümlədən “Ağdam Xalçaçılıq” müəssisəsi, “Qarabağ Atçılıq” kompleksi, “Muğam Mərkəzi”, “Bayraq Muzeyi”, eləcə də “Bənövşələr” qəsəbəsi ilə tanış olması, növbəti gün isə Naftalan şəhərinin turizm potensialı ilə yaxında tanışlığı nəzərdə tutulur.
Son xəbərlər
Son Xəbərlər