70 nəfərin öldüyü binanın podratçısı Kiprə qaçarkən saxlanıldı - Fotolar

70-neferin-olduyu-binanin-podratcisi-kipre-qacarken-saxlanildi
Oxunma sayı: 7066

Kahramanmaraşda zəlzələ nəticəsində dağılan Hasan Alpargün Yaşayış binasının podratçısı saxlanılıb. 

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, podratçı Həsən Alpargün saxlanılaraq Adanaya gətirilib. 

O, Şimali Kipr Türk Respublikasına qaçmaq istəyərkən tutulub. 

Qeyd edək ki, Adananın mərkəzi Çukurova rayonunda yerləşən və 92 nəfərin yaşadığı binadan indiyədək 70 nəfərin cəsədi tapılıb. Dağıntılar altında daha 15 nəfərin olduğu bildirilir.