"Qafqazinfo" xəbər verir ki, o, modern.az saytına parlament seçkilərinə maraq göstərmədiyini söyləyib.
“Nə partiyadan kimsə, nə də mən deputatlığa namizədliyimizi verəcəyik”.
O, buna səbəb kimi partiyanın fəaliyyətsizliyini göstərib. “Artıq 70 yaşım var və bu da bəs edir ki, mən siyastələ məşğul olmayım”.
N.Süleymanov hazırda alim kimi peşə fəaliyyəti ilə məşğul olduğunu bildirib.
“Alim kimi peşə fəaliyyətimlə məşğulam və elmi araşdırmalarımı davam etdirirəm”.
Nizami Süleymanov 1992-ci ildə prezidentliyə nazmiəd olaraq Azərbaycanda keçirilən ilk demokratik seçkilərdə iştirak edib. O zaman N.Süleymanov Azərbaycan Ziyalılarının Demokratik İttifaqından prezidentliyə namizəd irəli sürülmüşdü. Yekun nəticədə 1,017,217 seçicinin səsini qazanaraq 33.8% səslə II yeri tutmuşdu.
Daha sonra o, 1998-il prezident seçkilərində 8%-dan artiq səs toplayaraq 3-cü yeri tutmuşdu.
Son xəbərlər
Son Xəbərlər