Gəncədə qətl hadisəsi törədilib.
“Qafqazinfo”nun verdiyi məlumata görə, şəhərin “Poçt qəsəbəsi” adlanan ərazisində yaşayan, 1949-cu il təvəllüdlü Zeynalov Valeh Məmməd oğlu bıçaqlanaraq qətlə yetirilib. Məlumata görə, 70 yaşlı kişi ruhi-əsəb xəstəliyindən əziyyət çəkən xalası oğlu tərəfindən qətlə yetirilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər